Dünya

Çində güclü yağışdan sonra TƏBİİ FƏLAKƏT: Ölənlər və itkin düşənlər var - FOTO - VİDEO

06 Sep 2026, 11:48 3 baxış
Çində güclü yağışdan sonra TƏBİİ FƏLAKƏT: Ölənlər və itkin düşənlər var - FOTO - VİDEO
Çinin cənub-şərqində yerləşən Tszyansi əyalətində palçıq və qaya axını nəticəsində azı iki nəfər həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Təbii fəlakət sentyabrın 5-də səhər saatlarında Tszyan şəhər dairəsində baş verib. Daha əvvəl bir nəfərin həlak olduğu bildirilirdi. Hazırda 10 nəfər itkin düşmüş hesab olunur. Palçıq və qaya axını nəticəsində səkkiz ev tamamilə dağılıb, daha dörd evə isə cüzi ziyan dəyib. Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. Qeyd edək ki, daha əvvəl region "Saudel" tayfununun təsirinə məruz qalıb və nəticədə ərazidə uzunmüddətli leysan olub.
{{gallery}}
Çində güclü yağışdan sonra TƏBİİ FƏLAKƏT: Ölənlər və itkin düşənlər var - FOTO - VİDEO Çində güclü yağışdan sonra TƏBİİ FƏLAKƏT: Ölənlər və itkin düşənlər var - FOTO - VİDEO Çində güclü yağışdan sonra TƏBİİ FƏLAKƏT: Ölənlər və itkin düşənlər var - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər