İdman

IV turun son oyunu: "Qarabağ" "Araz"a qarşı…

06 Sep 2026, 10:36 3 baxış
IV turun son oyunu: "Qarabağ" "Araz"a qarşı…

Misli Premyer Liqasında IV tura bu gün yekun vurulacaq.


Axar.az xəbər verir ki, sonuncu gündə iki oyun baş tutacaq.


İlk olaraq "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək. Qarşılaşma saat 18:00-da start götürəcək. Meydan sahibləri 4 xalla altıncı, rəqibindən bir oyun az keçirən "gənclik şəhəri" təmsilçisi sıfır xalla sonuncu - 12-ci yerdədir.


Tura "Qarabağ" - "Araz-Naxçıvan" matçı ilə yekun vurulacaq. Bu görüş saat 20:15-də başlayacaq. Ehtiyatda daha bir oyunu olan Ağdam təmsilçisi 6 xalla dördüncü, Naxçıvan klubu 1 xalla 11-ci sıradadır.

Mənbə axar.az

Oxşar Xəbərlər