İdman

"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü

06 Sep 2026, 10:54 4 baxış
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü

Türkiyə Superliqasının IV turunda baş tutmuş "Fənərbağça" - "Beşiktaş" oyununu tribunadan izləyən azarkeşlərdən biri vəfat edib.


Axar.az xəbər verir ki, meydan sahiblərinin fanatı Yaşar Gerçek ürək tutmasından həyatını itirib.


Hər iki klub tərəfdarın ölümü ilə bağlı başsağlığı verib.


Xatırladaq ki, "Beşiktaş" rəqibini səfərdə 2:1 hesabı ilə məğlub edib.

Mənbə axar.az

Oxşar Xəbərlər