Dünya
2026-cı il "Dünya gözəli" müsabiqəsinin qalibi bəlli oldu - FOTO
Dominikan Respublikasının təmsilçisi Coeyri Mola Dominges sentyabrın 5-də Vyetnamın Nyaçanq şəhərində keçirilən "Dünya gözəli - 2026" gözəllik müsabiqəsinin qalibi olub. Oxu.Az TASS-a istinadən xəbər verir ki, ikinci və üçüncü yerləri İspaniya təmsilçisi Elizabet Reynes və Malayziya gözəli Taanusiya Çetti bölüşüblər. Müsabiqədə 111 ölkənin "gözəllik kraliçaları" iştirak ediblər. Qeyd edək ki, "Dünya gözəli" müsabiqəsi ilk dəfə 1951-ci ildə keçirilib. 2026-cı ildə müsabiqə 73-cü dəfə təşkil olunub.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az