Digər

10 gündən sonra daşqın bölgəsindən sağ tapıldı - Foto

06 Sep 2026, 00:50 3 baxış
10 gündən sonra daşqın bölgəsindən sağ tapıldı - Foto

Nepalda xilasedicilər daşqın bölgəsində yerləşən su elektrik stansiyasından (SES) 10 gündən sonra Çin vətəndaşını sağ tapıblar.


Axar.az xəbər verir ki, bu barədə Çinin Nepaldakı səfirliyi məlumat yayıb.


Çin vətəndaşı təbii fəlakət bölgəsindəki stansiyanın tunelində Cənubi Koreyadan olan fəlakət üzrə ekspert qrupu ilə koordinasiyalı şəkildə Nepal ordusu tərəfindən xilas edilib. Sağ qalan şəxs tibbi müayinə və müalicə üçün xəstəxanaya aparılıb.


Nepal ordusu təbii fəlakət bölgəsindəki bir neçə su elektrik stansiyası layihəsində tikililərin içərisində qalan insanları tapmaq üçün Çin, Hindistan və Cənubi Koreyadan olan mütəxəssislər də daxil olmaqla, xarici texniki qruplarla koordinasiyalı şəkildə axtarış-xilasetmə əməliyyatları aparır.


Qeyd edək ki, avqustun 26-da Nepalın Çin ilə həmsərhəd bölgəsində baş verən daşqın nəticəsində bir neçə kənd, iki ölkə arasındakı sərhəd-keçid məntəqəsi palçıq və qaya axını altında qalıb. Son məlumata görə, Nepal tərəfdə 1344 nəfər ölüb, təxminən 5 min nəfər itkin düşüb.

Mənbə axar.az

Oxşar Xəbərlər