Cəmiyyət
Kəlbəcərdə avtomobil çaya düşdü, sürücü xəsarət aldı
Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib, avtomobil çaya düşüb. Oxu.Az "Trend"ə istinadən xəbər verir ki, hadisə İstisu yolunda qeydə alınıb. Belə ki, Quzeyçirkin kənd sakini, 1996-cı il təvəllüdlü İbrahim Əbülfət oğlu Quliyev "Niva" markalı avtomobilin idarəetməsini itirib. Nəticədə avtomobil yüksəklikdən çaya düşüb. Qəza zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onun ayağının sındığı bildirilir. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər