İdman

“Mançester”ə qarşı belə oynamaq olmaz - Dambrauskas

05 Sep 2026, 22:12 3 baxış
“Mançester”ə qarşı belə oynamaq olmaz - Dambrauskas

Əlbəttə ki, eyni oyun planı ilə İngiltərəyə gedib “Old Trafford”da “Mançester Yunayted”ə qarşı oynamaq olmaz.


Axar.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas “Zirə”yə 5-0 qalib gəldikləri oyundan sonra mətbuat konfransında bildirib.


“Düzdür, bizim kimliyimiz var. Bu da ondan ibarətdir ki, çalışdıqca hücumda daha fəal olmaq və daha çox qol vurmaq istəyirik. İndi kimə qarşı oynayacağımızı bilirik. Təbii ki, “Mançester Yunayted”ə qarşı fərqli planımız və fərqli hazırlığımız olacaq”, - o qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər