İdman
PSJ Luis Enrike ilə bağlı qərarını verdi
PSJ baş məşqçi Luis Enrike ilə müqavilənin müddətini uzadıb. Oxu.Az xəbər verir ki, bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 56 yaşlı ispaniyalı mütəxəssisin parislilərlə yeni müqaviləsi 2030-cu ilədək nəzərdə tutulub. Bununla yanaşı, klub beş futbolçusu ilə də müqaviləni yeniləyib: Lukas Beraldo (2031-ci ilədək), Vilyan Paço (2031-ci ilədək), Senni Mayulu (2031-ci ilədək), Joao Neveş (2031-ci ilədək) və Fabian Ruis (2028-ci ilədək). Luis Enrike PSJ-dəki fəaliyyəti dövründə ardıcıl iki Çempionlar Liqası titulu da daxil olmaqla, ümumilikdə 13 titul qazanıb.
Mənbə
oxu.az