İdman
"Lion" - "Fənərbağça" matçındakı kütləvi davaya görə ağır CƏZALAR
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Çempionlar Liqasının təsnifat mərhələsində keçirilmiş "Lion" - "Fənərbağça" oyunundan sonra baş verən kütləvi dava ilə bağlı qərar qəbul edib. Oxu.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Türkiyənin "Fənərbağça" klubunun yarımmüdafiəçisi Matteo Gendüzi və Fransanın "Lion" komandasının qapıçılar üzrə məşqçisi Antonio Ferreyra diskvalifikasiya olunublar. Ferreyra beş, Gendüzi isə dörd oyunluq cəzalandırılıb. Gendüzinin cəzasının iki oyunu şərti xarakter daşıyır və onun üçün birillik sınaq müddəti müəyyən edilib. "Fənərbağça"nın ingiltərəli vingeri Meyson Qrinvud da bir oyunluq şərti diskvalifikasiya olunub. UEFA tərəfləri maliyyə cəriməsi ödəməyə də məcbur edib. "Lion" 108,5 min avro, "Fənərbağça" 95 min avro, Gendüzi isə 30 min avro məbləğində cərimələnib.
Mənbə
oxu.az