İdman
Türkiyə Superliqası: İstanbul derbisində beş qol vuruldu - VİDEO
Türkiyə Superliqasının 4-cü turunun "Başakşəhər" - "Qalatasaray" matçı keçirilib. Oxu.Az xəbər verir ki, İstanbul derbisi "Qalatasaray"ın qələbəsi ilə yekunlaşıb - 2:3. Qonaqların heyətində Viktor Osimhen, Lukas Torreyra və Qabriel Sara müvafiq olaraq 16, 71 və 90-cı dəqiqələrdə fərqləniblər. Ev sahiblərindən isə qol müəllifi Eldor Şomurodov (66-cı dəqiqədə penaltidən) olub. Daha bir qolu isə "Qalatasaray"dan Davinson Sançes öz qapısından keçirib (76-cı dəqiqə).
Bu nəticə ilə xal ehtiyatını 10-a çatdıran "Qalatasaray" turnir cədvəlinə liderlik edir. 4 xalı olan "Başakşəhər" 13-cü pillədə qərarlaşıb.
Bu nəticə ilə xal ehtiyatını 10-a çatdıran "Qalatasaray" turnir cədvəlinə liderlik edir. 4 xalı olan "Başakşəhər" 13-cü pillədə qərarlaşıb.
Mənbə
oxu.az