Dünya
Tramp İrana zərbənin anonsunu verdi: "Çox yaxın zamanda"
Birləşmiş Ştatlar "çox yaxın zamanda" İranın Kolanq Qaz-La dağı altında, Natanz yaxınlığında yerləşdiyi ehtimal edilən nüvə obyektinə zərbə endirə bilər. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bəyan edib. "Kirka dağı yaxınlığında nə isə baş verərsə, biz çox yaxın zamanda ora zərbə endirə bilərik", - deyə o bildirib. ABŞ-də Kirka dağı dedikdə Kolanq Qaz-La massivi nəzərdə tutulur. Tramp son həftələrdə dəfələrlə bu qəbildən olan xəbərdarlıqlarla çıxış edib.
Mənbə
oxu.az