İdman
"Qarabağ"ın sabiq hücumçusu Kamilo Duran Şotlandiyada ayın ən yaxşı futbolçusu seçildi
"Qarabağ"ın sabiq futbolçusu Kamilo Duran Şotlandiya çempionatında avqust ayının ən yaxşı futbolçusu seçilib. Oxu.Az xəbər verir ki, bu barədə kolumbiyalı futbolçunun heyətində yer aldığı "Seltik" klubunun rəsmi saytında məlumat dərc olunub. Kolumbiyalı oyunçu Qlazqo klubunda indiyə qədər bütün yarışlarda iştirak etdiyi yeddi matçda rəqib qapılarından altı top keçirib və bu qollardan bəziləri xüsusi gözəlliyi ilə yadda qalıb. Hücumçu bu mükafata avqust ayında ölkə çempionatı çərçivəsində "Dandi Yunayted" (4:0), "Kilmarnok" (5:1) və "Falkirk" (2:1) komandalarına qarşı keçirilən görüşlərdəki performansına görə layiq görülüb. "Falkirk" üzərində qələbə qazanılan matçda hər iki qolun müəllifi məhz Duran olub. Qeyd edək ki, Duran bu yay 5.5 milyon avro qarşılığında "Qarabağ"dan "Seltik"ə transfer olunub.
Mənbə
oxu.az