İdman

Avropada 16 klub üçün ilk - “Sabah” da var

04 Sep 2026, 15:18 1 baxış
Avropada 16 klub üçün ilk - “Sabah” da var

2026/27 mövsümündə 16 klub tarixində ilk dəfə UEFA-nın avrokuboklarının əsas mərhələsində iştirak edəcək.


Axar.az xəbər verir bu barədə UEFA məlumat yayıb.


Bildirilib ki, bu göstərici yeni formatın tətbiq olunduğu 2024/25 mövsümündə 14, ötən mövsüm isə 12 olub.


UEFA Çempionlar Liqasında ilk dəfə əsas mərhələdə oynayacaq cəmi iki klub var. Bunlar Azərbaycan çempionu “Sabah” və İtaliyanın “Komo” komandalarıdır.


Avropa Liqasında “Ararat-Armenia” (Ermənistan), “Bornmut” (İngiltərə), “Lillestrem” (Norveç), OFİ (Yunanıstan), “Sanderlend” (İngiltərə) və “Torreense” (Portuqaliya) ilk dəfə əsas mərhələdə mübarizə aparacaq.


Konfrans Liqasında isə “Orhus” (Danimarka), “Eqnatiya” (Albaniya), “İberiya” (Gürcüstan), “İnter Eskaldes” (Andorra), “Kauno Jalgiris” (Litva), “Myelbü” (İsveç), “Riqa” (Latviya) və “Sent-Trüyden” (Belçika) üçün bu, ilk olacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər