Dünya

Türkiyədə Silivri sahillərində batmış gəminin yeri tapıldı - FOTO

04 Sep 2026, 19:00 3 baxış
Türkiyədə Silivri sahillərində batmış gəminin yeri tapıldı - FOTO
Türkiyədə İstanbulun Silivri rayonu sahillərində batmış "Tuğberk İmamoğlu" gəmisinin yeri müəyyən edilib. Bu barədə Oxu.Az İHA-ya istinadən xəbər verir.
Məlumata görə, sentyabrın 2-də Mərmərə dənizinin Silivri sahillərində iki ticarət gəmisi arasında toqquşma nəticəsində batmış "Tuğberk İmamoğlu" və ekipajının axtarışı ilə bağlı işlər davam edir. Hərbi Dəniz Qüvvələrinə məxsus və qəza bölgəsində ilk gündən fəaliyyət göstərən "TCG Akın" xilasetmə və dəstək gəmisi batmış gəmini tapıb. İşlər koordinasiyalı şəkildə davam edir. Xatırladaq ki, sentyabrın 2-də Türkiyə bayrağı altında üzən, Kocaelidən Aliağaya doğru hərəkət edən "ALSU" adlı ticarət gəmisi ilə İskenderun limanından Karadeniz Ereğliyə istiqamətlənən "Tuğberk İmamoğlu" ticarət gəmisi toqquşub. Qəzadan sonra "Tuğberk İmamoğlu" gəmisi və onun 10 nəfərlik ekipajı ilə əlaqə kəsilib.
Hadisə ilə bağlı İstanbul şəhərinin Silivri Prokurorluğu tərəfindən aparılan təhqiqat çərçivəsində iki nəfər həbs edilib. "ALSU" gəmisinin aşpazı istisna olmaqla, 10 nəfərlik heyətindən 9 nəfəri şübhəli qismində dindirilib. İfadələri gəmidə alınan altı şübhəli hakim qarşısına çıxarılıb. Məhkəmə "ALSU" gəmisinin birinci və üçüncü kapitanları barəsində həbs qətimkan tədbiri, digər dörd şəxs barəsində isə məhkəmə nəzarəti qətimkan tədbiri seçib.
Türkiyədə Silivri sahillərində batmış gəminin yeri tapıldı - FOTO Türkiyədə Silivri sahillərində batmış gəminin yeri tapıldı - FOTO Türkiyədə Silivri sahillərində batmış gəminin yeri tapıldı - FOTO Türkiyədə Silivri sahillərində batmış gəminin yeri tapıldı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər