Digər

Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib - FOTO

04 Sep 2026, 18:54 3 baxış
Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib - FOTO
Astanada səfərdə olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı səfirliyində bu ölkənin turizm şirkətlərinin nümayəndələri ilə görüş keçirib. Görüşdə Azərbaycanın turizm, o cümlədən sağlamlıq turizmi sahəsində imkanları barədə ətraflı məlumat verilib. Qazaxıstanın turizm şirkətlərinin nümayəndələrinə həmçinin AHİK-in sağlamlıq mərkəzləri, burada müalicə və istirahət üçün yaradılmış əlverişli şərait, müasir tibbi avadanlıqlar, tibbi xidmətlər və təbii müalicə üsulları haqqında təqdimat keçirilib. İştirakçılar AHİK-in "Kurort" Turizm İnformasiya Mərkəzi, yollayışların elektron təqdimatı və "e-ahik" Elektron Rezervasiya platforması barədə də məlumatlandırılıb. Bununla yanaşı, görüşdə Azərbaycanın turizm, eləcə də sağlamlıq turizmi potensialını və AHİK-in sağlamlıq mərkəzlərinin fəaliyyətini əks etdirən videomateriallar nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb. Görüş zamanı ölkəmizin turizm imkanlarının Qazaxıstanda daha geniş tanıdılması, turizm şirkətləri ilə əlaqələrin inkişaf etdirilməsi və bu sahədə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
{{gallery}}
Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib - FOTO Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib - FOTO Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib - FOTO Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib - FOTO Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib - FOTO Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib - FOTO Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib - FOTO Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər