İqtisadiyyat

Elm və Təhsil Nazirliyinin idarəsi məktəb üçün üç milyon manatlıq tender elan edib

04 Sep 2026, 14:56 4 baxış
Elm və Təhsil Nazirliyinin idarəsi məktəb üçün üç milyon manatlıq tender elan edib
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Kəlbəcər tam orta məktəbi üçün mebel və avadanlıqların satın alınması ilə bağlı açıq tender elan edib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, tenderin yekun qiyməti 3 milyon 543 min təşkil edib. Siyahıda "Beyin" modeli, "Böyrək" modeli (2 ədəd), "Daş kömür və onun emal məhsulları" kolleksiyası (2 dəst), "Almazın kristallik qəfəsi" modeli (nümayiş üçün - 2 ədəd), "DNT strukturu" modeli (2 ədəd) kimi məhsullar yer alıb. Ümumilikdə satınalma siyahısında 15 adda məhsul qeyd edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər