Dünya
Meksikada sərnişin təyyarəsində poverbank partladı - VİDEO
Meksikada sərnişin təyyarəsinin göyərtəsində poverbankın partlaması nəticəsində yanğın baş verib. Oxu.Az xəbər verir ki, bu barədə "Aeromexico" aviaşirkətinə istinadən "Need To Know" portalı məlumat yayıb.
Hadisə sentyabrın 2-də Tapaçula şəhərindən Mexikoya uçan AM371 reysində qeydə alınıb. Sərnişinlərdən birinə məxsus akkumulyator boş oturacağın üzərində olarkən uçuş zamanı qəfildən partlayıb. Partlayışdan dərhal sonra təyyarənin salonunda yanğın başlayıb. Ekipaj üzvləri təhlükəsizlik qaydalarına uyğun hərəkət edərək alovu dərhal söndürüblər. Fövqəladə hala baxmayaraq, hava gəmisi uçuşunu davam etdirərək Mexikoya uğurla eniş edib. Sərnişinlər və ekipaj üzvləri arasında xəsarət alan olmayıb, heç kimə tibbi yardım tələb edilməyib. Təyyarə yerə endikdən sonra zədələnmiş cihaz yoxlanılması üçün mütəxəssislərə təhvil verilib. Partlayışın dəqiq səbəbləri hələlik məlum deyil. Hadisədən sonra "Aeromexico" aviaşirkəti sərnişinlərə təyyarələrdə litium akkumulyatorlarının daşınması və istifadəsi qaydalarına ciddi riayət etməklə bağlı çağırış edib.

Mənbə
oxu.az