Cəmiyyət
MİDA-nın növbəti mənzil satışı nə vaxt keçiriləcək? - AÇIQLAMA
"Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən növbəti satışın həyata keçirilməsi də ilin sonuna planlaşdırılır". Oxu.Az xəbər verir ki, bunu MİDA-nın aparat rəhbəri Cəmşid Əmirov jurnalistlərə açıqlamasında deyib. "Hansı layihələrdə olacaq mənzillər barədə məlumatlar müvafiq qaydanın tələblərinə uyğun olaraq ən azı satışa 30 gün qalmış, yəni 30 gün öncədən elanlarda veriləcək və bu məlumat həm agentliyin rəsmi internet səhifəsində, eyni zamanda müxtəlif media resurslarında öz əksini tapacaq", - deyə müsahib vurğulayıb. O bildirib ki, bugünkü mənzil seçimi ilə bağlı bir neçə yenilik tətbiq olunub: "Bunlardan biri mənzil seçimi prosesində, yəni bu prosesin daha effektiv həyata keçirilməsi üçün mənzil sifarişi ərizəsinin imzalanmasının tələb olunmamasıdır. Yəni bu da öz növbəsində vətəndaş üçün artıq əlavə vaxt itkisinin qarşısını alacaq və prosesin daha effektiv həyata keçirilməsinə şərait yaradacaq. Yəni vətəndaş mənzilə baxış mərhələsində "Təsdiq et" düyməsini sıxdıqda dərhal ərizəçi statusunu əldə edəcək".
Mənbə
oxu.az