Cəmiyyət
MİDA: "12 minə yaxın ailə güzəştli mənzillə təmin edilib"
"Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) tərəfindən bu günə kimi 11 güzəştli mənzil layihəsi tamamlanıb və artıq 12 minə yaxın ailə mənzil sahibi olub". Oxu.Az xəbər verir ki, bunu MİDA-nın aparat rəhbəri Cəmşid Əmirov jurnalistlərə açıqlamasında deyib. "MİDA-nın fəaliyyəti təkcə Bakı şəhərini deyil, eyni zamanda, respublikamızın müxtəlif regionlarını da əhatə edir və artıq bizim tərəfimizdən Bakı şəhərinin Hövsan qəsəbəsində, Abşeron rayonunun Saray qəsəbəsində və Naxçıvan şəhərində də reallaşdırılan layihələrimiz var", - deyə aparat rəhbəri vurğulayıb.
Mənbə
oxu.az