Cəmiyyət

Xırdalanda obyektdə yanğın baş verdi

04 Sep 2026, 09:32 4 baxış
Xırdalanda obyektdə yanğın baş verdi

Xırdalanda obyektdə yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.


Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.


Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində obyektdə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Mənbə axar.az

Oxşar Xəbərlər