Digər
Nepalda dağılmış SES tunelindən 3 nəfər sağ çıxarıldı - Video
Nepalda baş verən daşqınlar səbəbindən ziyan çəkmiş "Trişuli 3A" su elektrik stansiyasının tunelində 3 nəfər sağ olaraq tapılıb.
Axar.az xəbər verir ki, bununla bağlı xilasetmə işlərinə cəlb olunan nepallı deputat Rama Neupane Feysbuk hesabında paylaşım edib.
“Tuneldə başqa şəxslərin də olduğuna dair məlumatlar var. Axtarış-xilasetmə tədbirləri hazırda davam etdirilir", - o bildirib.
Qeyd edək ki, 26 avqustda Nepalda baş verən daşqınlar nəticəsində indiyədək 1204 nəfərin öldüyü təsdiqlənib, 4,5 min nəfər itkin düşüb.
Mənbə
axar.az