İdman

Mahir Emreli "Rakuv"da 6-cı qolunu vurdu

03 Sep 2026, 22:15 31 baxış
Mahir Emreli "Rakuv"da 6-cı qolunu vurdu

Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Polşanın "Rakuv" komandasının heyətində növbəti qolunu vurub.


Axar.az xəbər verir ki, 29 yaşlı hücumçu Ekstraklasanın V turunun “Qurnik”lə ev matçında fərqlənib.


Meydana start heyətində çıxan forvard görüşün 79-cu dəqiqəsində rəqib qapısına yol tapıb. Lakin azərbaycanlı futbolçunun qolu komandasını məğlubiyyətdən xilas etməyib və qonaqlar yekunda 2:1 hesablı qələbə qazanıblar.


Bu, Mahir Emrelinin “Rakuv”da rəsmi oyunlarda 6-cı qolu olub.


Qeyd edək ki, Polşa çempionatında hələ də xalı olmayan “Rakuv” sonuncu – 18-ci pillədə qərarlaşıb.

Mənbə axar.az

Oxşar Xəbərlər