İdman

Birbaşa qırmızı vərəqə alan Kadi Borgesə AĞIR CƏZA

03 Sep 2026, 16:40 23 baxış
Birbaşa qırmızı vərəqə alan Kadi Borgesə AĞIR CƏZA
"Qarabağ"ın futbolçusu Kadi Borges 1 oyunu şərti olmaqla 3 oyunluq cəzalanıb. Oxu.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Braziliyalı futbolçu Misli Premyer Liqasının III turunda baş tutan "Sumqayıt" - "Qarabağ" qarşılaşmasının 31-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunu şərti olmaqla 3 oyunluq cəzalanıb. Bununla yanaşı, Ağdam təmsilçisi 3 000 manat cərimə olunub. Yarımmüdafiəçiyə 6 ay sınaq müddəti təyin edilib. Həmçinin sözügedən oyunda azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə "Sumqayıt" klubu 5 000 manat cərimələnib. Bundan başqa, III turun "Zirə" - "Neftçi" matçının 70-ci dəqiqəsində ikinci sarı vərəqədən sonra cəzalanan "Neftçi"nin futbolçusu Elvin Bədəlov 1 oyunluq cəzaya məruz qalıb, paytaxt klubu isə 500 manat cərimələnib. Həmin görüşün 80-ci dəqiqəsində azarkeşlərin meydançaya kənar əşya atması səbəbindən "Neftçi" daha 2 000 manat cərimə edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər