Cəmiyyət

Qazaxın 4 kəndində qaz olmayacaq

02 Sep 2026, 20:45 4 baxış
Qazaxın 4 kəndində qaz olmayacaq

Qazax rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Axar.az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismar İdarəsi (RQİİ) məlumat yayıb.


Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 3-də saat 10:00-dan işlər yekunlaşanadək Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı, Kəmərli və Qaymaqlı kəndlərinin qaz təchizatı dayandırılacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər