AB-dən erməni konyakına qadağa - Səbəb?
Avropa Birliyi Şurası Avropa Komissiyasının Ermənistanla ticarətin iki il müddətinə müvəqqəti liberallaşdırılması təklifini təsdiqləyib.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, AB Şurasının məlumatına görə, bu tədbirlər Ermənistanın ixrac məhsullarının təxminən 80 faizinə ticarət güzəştləri tətbiq etməyə imkan verəcək.
İki il ərzində Ermənistanın Rusiyaya ixrac etdiyi təzə meyvə, tərəvəz və bitkilərin 99 faizinin AB bazarına çıxarılması planlaşdırılır. Bununla belə, erməni ixracatçılar AB-nin sanitar tələblərinə, qiymət rəqabəti və qorunan coğrafi adlarla bağlı qaydalara əməl etməlidirlər. Bu səbəbdən Ermənistan konyakının AB bazarında satışına icazə verilməyəcək.
Qərarın qüvvəyə minməsi üçün onun Avropa Parlamenti tərəfindən də təsdiqlənməsi tələb olunur.