Dünya
"Filo Jet" faciəsində YENİ XƏBƏR: İtkin düşənlərdən birinin cəsədi tapıldı
Avqustun 30-da Şimali Kiprin Girne sahillərində baş verən sərnişin gəmisi qəzasından sonra itkin düşən 20 nəfərdən birinin cəsədi aparılan axtarış-xilasetmə işləri zamanı tapılıb. Oxu.Az "Haber Global" telekanalına istinadən xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel bildirib. Onun sözlərinə görə, tapılan meyit 50 yaşlı kişiyə məxsusdur: "Bu cəsəddən başqa heç bir tapıntıya rast gəlinməyib. Axtarış işləri 7/24 rejimində davam edəcək. İtkin düşənlərin yaxınlarından DNT nümunələri alınacaq". * Kiprdəki dəniz faciəsi ilə bağlı həbslər başladı - Batma anının ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO * Batan bərədə Azərbaycan vətəndaşları da olublar * Kiprdə batan sərnişin gəmisi ilə bağlı proses başladı: İki Azərbaycan vətəndaşı məhkəməyə çıxarıldı Xatırladaq ki, Şimali Kipr Türk Respublikasındakı Girne limanı ilə Mersindəki Taşucu limanı arasında səfər həyata keçirən "Filo Jet" adlı yüksəksürətli sərnişin gəmisinin avqustun 30-da günorta saatlarında Girnedən yola düşdükdən qısa müddət sonra ön hissəsindən göyərtəsinə su dolmağa başlayıb. Gəmi Girne limanına qayıtmağa çalışarkən aşıb. Hadisə nəticəsində 241 nəfər xilas edilib, səkkiz nəfərin cəsədi tapılıb və itkin düşən 20 nəfərin axtarışına başlanılıb. Həmçinin batmış gəminin qalıqlarının Girne sahillərində dənizin 550 metr dərinliyində olduğu bildirilmişdi. Qeyd edək ki, gəminin göyərtəsində Valeh Hümmətov və Rəşad İbrahimov adlı Azərbaycan vətəndaşları da olublar və onlar xilas ediliblər. Gəminin ekipaj üzvləri olan Valeh Hümmətov və Rəşad İbrahimov daha sonra kapitan və digər ekipaj üzvləri ilə birlikdə hadisə ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılaraq məhkəməyə çıxarılıblar. Hadisə ilə bağlı istintaq davam edir.
Mənbə
oxu.az