İdman
"Neftçi" bosniyalı qolkiperi ilə vidalaşdı
"Neftçi" bosniya və herseqovinalı qapıçı Kenan Piriçlə yollarını ayırıb. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Bakı klubunun futbolçu ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Qeyd edək ki, Kenan Piriç ötən ilin yayında "Neftçi"yə transfer olunmuşdu. O, Bakı təmsilçisinin heyətində 29 rəsmi oyunda meydana çıxıb.
Mənbə
oxu.az