İdman
"Napoli"dən RƏSMİ AÇIQLAMA: Ulduz futbolçunun ürəyində problem aşkarlandı - FOTO
"Napoli"nin futbolçusu Skott Maktominey ürəyi ilə bağlı problem səbəbindən tibbi prosedurdan keçəcək. Oxu.Az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi açıqlama yayıb. 29 yaşlı şotlandiyalı yarımmüdafiəçiyə yüngül və xoşxassəli ürək ritm pozuntusu - aritmiya diaqnozu qoyulub. Onun qarşıdakı beynəlxalq fasilədən sonra yenidən komandanın sərəncamında olacağı gözlənilir. Qeyd edək ki, Maktominey 2024-cü ildə "Mançester Yunayted"dən "Napoli"yə keçib. Şotlandiyalı futbolçu İtaliya klubunun heyətində 82 oyunda 27 qol vurub. O, "Napoli" ilə ötən mövsüm A Seriyasının qalibi olub.
Mənbə
oxu.az