Digər

Təbrizdə ilk çapxananın 215 yaşı tamam oldu

02 Sep 2026, 18:25 3 baxış
Təbrizdə ilk çapxananın 215 yaşı tamam oldu

Təbrizdə və bütövlükdə İranda Qacar şahzadəsi Abbas Mirzənin dəstəyi ilə ilk rəsmi mətbəənin təsis edildiyi gündür.


Kult.az xəbər verir ki, ilk mətbəənin 1811-ci ilin sentyabrında (şəhrivər) açılışı olub.


Mətbəə Mirzə Zeynalabdin Təbrizinin təşəbbüsü və vasitəsilə qurulub. Bu çap evində işıq üzü görən ilk kitab isə Mirzə İsa xan Qaimməqamın “Cəhadiyyə risaləsi” əsəri olub.


O dövrdə “çapxana” ifadəsi işlədilmədiyindən, bu müəssisəyə “basmaxana”, “mətbəə” və ya “darüt-təbaə“ deyilib.


2002-cu ildən isə bu gün (2 sentyabr - 11 şəhrivər) İranda Milli Çap Sənayesi Günü kimi qeyd olunur.

Mənbə axar.az

Oxşar Xəbərlər