Dünya

"Uber"dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır

02 Sep 2026, 18:36 4 baxış
"Uber"dən RADİKAL QƏRAR: Üç mindən çox əməkdaşla yollar ayrılır
"Uber" şirkəti idarəetmə səviyyələrinin azaldılmasına və vəsaitlərin avtomobillərin müştərək istifadəsi, çatdırılma və robotaksi biznesləri arasında yenidən bölüşdürülməsinə yönəlmiş genişmiqyaslı restrukturizasiya çərçivəsində 3 300 nəfəri işdən çıxarmağı planlaşdırır. Bu da şirkətin qlobal işçi qüvvəsinin təxminən 10%-ni təşkil edir. Oxu.Az bildirir ki, bu barədə "Bloomberg" agentliyinin əldə etdiyi şirkətdaxili elektron məktubda bildirilib. Məlumata görə, şirkətin baş direktoru Dara Xosrovşahi elektron məktubda bu planı açıqlayıb. O, şirkətdəki menecerlərin sayının 20% azaldılacağını bildirib. Eyni zamanda onlardan bəziləri sıravi əməkdaş vəzifələrinə keçiriləcək. İxtisarlar həmçinin rəhbər vəzifələrdə çalışmayan işçilərə də şamil ediləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər