İdman

Almaniyalı qapıçı Azərbaycana gəlir

02 Sep 2026, 17:20 1 baxış
Almaniyalı qapıçı Azərbaycana gəlir
Almaniyalı qapıçı Leon Pölsün növbəti dayanacağı Azərbaycan olacaq. Oxu.Az xəbər verir ki, bu maraqlı transfer ehtimalı barədə Albaniyanın "Kategoria e Shpresës" nəşri məlumat yayıb. Xatırladaq ki, 29 yaşlı qolkiper 2025-ci ilin yayında İrlandiyanın "Şemrok Rovers" klubundan ayrılaraq Albaniyanın "Vllaznia" komandasına transfer olunmuşdu. Şkoder təmsilçisinin heyətində bir mövsüm çıxış edən oyunçu artıq klubla yollarını ayırıb. Albaniya mətbuatının yaydığı informasiyaya əsasən, Pöls yeni mövsümdən etibarən Azərbaycan çempionatında mübarizə aparacaq. Qapıçının yerli klublarımızdan biri ilə artıq razılığa gəldiyi vurğulanır. Buna baxmayaraq, onun məhz hansı Azərbaycan komandasının şərəfini qoruyacağı hələlik sirr olaraq qalır.
Mənbə oxu.az

Oxşar Xəbərlər