Dünya

Muxtar Tleuberdi yenidən Qazaxıstanın xarici işlər naziri təyin edilib

02 Sep 2026, 16:44 4 baxış
Muxtar Tleuberdi yenidən Qazaxıstanın xarici işlər naziri təyin edilib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev əvvəllər 2019-2023-cü illərdə bu vəzifəni tutmuş Muxtar Tleuberdini yenidən ölkənin xarici işlər naziri təyin edib. Oxu.Az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb. "Dövlət başçısının fərmanı ilə Muxtar Beskenulı Tleuberdi Qazaxıstan Respublikasının xarici işlər naziri təyin edilib və o, əvvəlki vəzifəsindən azad olunub", - deyə açıqlamada qeyd olunub. Bu təyinata qədər 58 yaşlı Tleuberdi Qazaxıstanın Avstriyadakı səfiri və respublikanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi kimi fəaliyyət göstərib. O, 2019-cu ilin sentyabrından Qazaxıstanın xarici işlər naziri, 2021-ci ilin yanvarından 2023-cü ilin aprelinədək isə baş nazirin müavini - xarici işlər naziri vəzifələrində çalışıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər