Dünya
Şahzadə Harri və Meqan Markl uşaqlarının təhsil alacağı məktəbə şərtlər irəli sürüblər
Şahzadə Harri və Meqan Markl oğulları Arçi və qızları Lilibetin Böyük Britaniyada oxuyacaqları məktəbə xüsusi tələblər irəli sürüblər. Oxu.Az xəbər verir ki, bu barədə "Page Six" nəşri ekspert Kinsi Skofildin məlumatlarına əsaslanaraq yazıb. Kotsuoldsda yerləşən özəl təhsil müəssisəsinin valideynlərinə yeni qaydalar barədə xəbərdarlıq məktubları göndərilib. Mütəxəssisin sözlərinə görə, Sasseks hersoqu və hersoginyası övladlarının şəkillərinin çəkilərək mediada və sosial şəbəkələrdə yayılmasına, həmçinin şagirdlər, eləcə də onların ailələri barədə məlumatların paylaşılmasına qadağa qoyulmasını istəyiblər. "Məktubun məzmununda qeyd olunurdu ki, məktəbə qəbul edilən tanınmış ailələrin uşaqları ictimaiyyətin və ya mətbuatın diqqətini cəlb edə bilər. Valideynlərin nəzərinə çatdırılıb ki, icazə olmadan digər şagirdlərin fotosunu və ya videosunu çəkmək, o cümlədən uşaqlar və onların valideynləri barədə təfərrüatı, şəkilləri sosial platformalarda yaymaq qəti qadağandır", - deyə Skofild bildirib. Nəşr həmin təhsil ocağının adını gizli saxlayıb və əlavə edib ki, yekun qərara əsasən, şahzadə Harri və Meqan Marklın uşaqları başqa bir məktəbdə təhsil alacaqlar.
Mənbə
oxu.az
Oxşar Xəbərlər