Cəmiyyət
Xətai rayonunda mənzil bir neçə şəxsə satılıb: Paraatlet şikayətçidir - VİDEO
Paraatlet Elmir Cəbrayılov Baku TV-yə "İnşaat Konstruksiyaları" MMC tərəfindən aldadıldığını bildirib. O, mənzil almaq istəyərkən həm pulundan, həm də almaq istədiyi evdən məhrum olub. Belə ki, Elmir Cəbrayılov 2020-ci il avqustun 7-də "İnşaat Konstruksiyaları" MMC-nin Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 13 ünvanında yerləşən binasından mülki müqavilə əsasında ikiotaqlı, ümumi dəyəri 303 250 manat olan mənzilə görə 238 922 manat ödəniş edib.
Ümumi məbləğin böyük hissəsini ödədikdən sonra isə mənzilin daha bir neçə şəxsə satıldığı məlum olub. "Araşdırmalar zamanı məlum oldu ki, evin sənədləri başqa şəxsin adınadır. Məsələni aydınlaşdırmaq istəyəndə isə dedilər ki, guya 15-ci mərtəbədəki mənzil mənimdir. Amma bununla bağlı əlimdə heç bir sənəd yox idi. Dəfələrlə dedim ki, əgər bu ev mənimdirsə, sənədlərini verin. Dedilər ki, verəcəyik. Amma yenə də sənədlər təqdim olunmadı. Pulumu geri istəyəndə də vəsaitimin qaytarılacağını bildirdilər. Amma bu günə qədər nə pulumu, nə də evimi ala bilmişəm", - deyə Elmir Cəbrayılov qeyd edib.

Mənbə
oxu.az