İdman
Azərbaycanlı ağırlıqqaldıran dopinqə görə üç il cəzalandırılıb
Azərbaycanlı ağırlıqqaldıran Fazilə İmanova antidopinq qaydalarını pozduğu üçün üç il müddətinə cəzalandırılıb. Oxu.Az Azərbaycan Milli Antidopinq Agentliyinə istinadən xəbər verir ki, idmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və markerlərinin mövcudluğu, həmçinin qadağan edilmiş maddə və ya üsuldan istifadə və ya istifadə cəhdi müəyyənləşib. İmanovanın nümunəsində S1.1 kateqoriyasına daxil olan anabolik androgenik steroidlərdən (AAS) metribolone aşkarlanıb. İdmançıya tətbiq edilən sanksiya 2026-cı il mayın 15-dən qüvvəyə minib və 2029-cu ilin eyni günündə başa çatacaq.
Mənbə
oxu.az