Digər

Rusiya Kiyevdə universitetə zərbə endirdi

02 Sep 2026, 15:44 3 baxış
Rusiya Kiyevdə universitetə zərbə endirdi

Rusiya Kiyevdə universitetlərdən birinə “Şahid” PUA-ları ilə zərbə endirib.


Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.


Onun sözlərinə görə, hücum dərs zamanı baş verib, lakin 160 tələbə sığınacaqda olduğu üçün xəsarət almayıb.


“Rusiya Odessa, Xerson və Xarkov vilayətinə zərbələr endirib. Odessada yaşayış binası və şəhər infrastrukturu zədələnib, 5 nəfər, o cümlədən bir uşaq yaralanıb. Rusiyaya qarşı təzyiq artırılmalı, Ukraynaya hava hücumundan müdafiə sistemləri verilməli, sanksiyalar sərtləşdirilməli və müdafiə istehsalı əhəmiyyətli dərəcədə gücləndirilməlidir”, - o qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər