Cəmiyyət

Bakıxanov qəsəbəsində içməli su günlərdir küçəyə axır - ŞİKAYƏT - VİDEO

02 Sep 2026, 15:24 2 baxış
Bakıxanov qəsəbəsində içməli su günlərdir küçəyə axır - ŞİKAYƏT - VİDEO
Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində içməli suyun küçəyə axdığı iddia olunur. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub. Bildirilib ki, Əşrəf Yunusov küçəsi, 8 ünvanındakı binanın qarşısında içməli su günlərdir yola axır.

"Problem barədə aidiyyəti qurumlara məlumat versək də, məsələ hələ də həllini tapmayıb. Gəlib baxıb gedirlər, amma düzəldən yoxdur", - deyə şikayətdə bildirilib. Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ünvanla bağlı müraciət rayonun sukanal idarəsinin cavabdeh şəxslərinə yönləndirilib: "Sözügedən ünvanda su xəttində baş vermiş qəzanın aradan qaldırması üçün asfalt örtüyü sökülməli və qazıntı işləri aparılmalıdır. Asfalt örtüyünün sökülməsi üçün aidiyyəti quruma müraciət olunub, cavab gələn kimi təmir-bərpa işlərinə başlanılacaq".
Mənbə oxu.az

Oxşar Xəbərlər