Cəmiyyət

Baku TV-dən dörd milyardlıq REKORD

02 Sep 2026, 09:57 3 baxış
Baku TV-dən dörd milyardlıq REKORD
"Global Media Group"a daxil olan Baku TV "YouTube" platformasında növbəti böyük rekorda imza ataraq Azərbaycanda fəaliyyət göstərən televiziya kanalları arasında liderliyini qoruyur. "SocialBlade" beynəlxalq analitik platformasının göstəricilərinə əsasən, Azərbaycan və rusdilli kanalların fəaliyyətə başladığı gündən bu günədək topladığı ümumi baxış sayı dörd milyardlıq tarixi həddi aşaraq 4 031 131 815-ə çatıb. Belə ki, baxış göstəricilərinin dil bölmələri üzrə paylanmasında Baku TV (Azərbaycan dili) 2 290 467 778 baxış, Baku TV RU (rus dili) isə 1 740 664 037 baxış toplayıb. Eyni zamanda, Baku TV-nin "YouTube" üzrə ümumi abunəçi auditoriyası 3.3 milyon nəfəri geridə qoyub. Baku TV operativ xəbər istehsalı, eksklüziv analitik materiallar, müsahibələr və xüsusi reportajları ilə geniş tamaşaçı auditoriyasının sevimlisinə çevrilib. Rəqəmsal platformalarla yanaşı, kanalın yayımlarını bütün yerli provayderlər və "Azerspace" peyki vasitəsilə Avropa və Asiyada izləmək mümkündür. Baku TV haqqında: Baku TV 2018-ci ildən Azərbaycanda fəaliyyət göstərən aparıcı televiziya kanalıdır. Kanal Azərbaycan və dünyada baş verən aktual xəbərləri, analitik və müəllif proqramlarını, canlı yayımları müxtəlif dillərdə izləyicilərə çatdırır. Telekanal haqqında daha ətraflı məlumat əldə etmək üçün www.baku.tv veb-saytına və kanalın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | YouTube | TikTok) müraciət edə bilərsiniz.
Mənbə oxu.az

Oxşar Xəbərlər