İdman

"Qarabağ"ın U-19 komandasının Gənclər Liqasında rəqibi bəlli olub

01 Sep 2026, 22:00 28 baxış
"Qarabağ"ın U-19 komandasının Gənclər Liqasında rəqibi bəlli olub
UEFA Gənclər Liqasında 2026/2027 mövsümünün Çempionlar yolunun püşkatma mərasimi keçirilib. Oxu.Az xəbər verir ki, "Qarabağ"ın U-19 komandasının rəqibi müəyyənləşib. Azərbaycan təmsilçisi turnirə ikinci mərhələdən qatılacaq. "Qarabağ" bu raundda Xorvatiyanın "Dinamo Zaqreb" klubu ilə qarşılaşacaq. Mərhələnin ilk görüşlərinin oktyabrın 28-də, cavab matçlarının noyabrın 4-də keçirilməsi nəzərdə tutulub. U-19 komandası ilk qarşılaşmanı evdə keçirəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər