İdman

"Çelsi"nin gənc hücumçusu karyerasını Almaniyada davam etdirəcək - FOTO

01 Sep 2026, 15:12 22 baxış
"Çelsi"nin gənc hücumçusu karyerasını Almaniyada davam etdirəcək - FOTO
"Leypziq" heyətini yeni futbolçu ilə gücləndirib. Oxu.Az xəbər verir ki, Almaniya klubu "Çelsi"nin 20 yaşlı hücumçusu Mark Giu ilə müqavilə imzalayıb. İspaniyalı forvardla anlaşma 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Xatırladaq ki, Giu 2024-cü ildə "Barselona"dan "Çelsi"yə keçib. London klubunun heyətində bütün turnirlərdə 29 oyuna çıxan futbolçu səkkiz qol vurub. O, "Çelsi" ilə UEFA Konfrans Liqasını və Klublararası Dünya Kubokunu qazanıb. Qeyd edək ki, Giu peşəkar karyerasına "Barselona"da başlayıb. 2023-cü ildə "Atletik Bilbao" ilə debüt oyununda meydana daxil olduqdan cəmi bir neçə saniyə sonra qol vuraraq diqqət çəkib.
"Çelsi"nin gənc hücumçusu karyerasını Almaniyada davam etdirəcək - FOTO "Çelsi"nin gənc hücumçusu karyerasını Almaniyada davam etdirəcək - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər