İdman

"King" ləqəbli Akif Quluzadə Tailandda növbəti döyüşünə çıxacaq

01 Sep 2026, 15:48 23 baxış
"King" ləqəbli Akif Quluzadə Tailandda növbəti döyüşünə çıxacaq
Azərbaycanın kikboksinq və muay-tay döyüşçüsü "King" ləqəbli Akif Quluzadə növbəti döyüşünə çıxacaq. Oxu.Az xəbər verir ki, Ordu İdman Klubunun üzvü "ONE Championship" turniri çərçivəsində sentyabrın 4-də Tailandın paytaxtı Banqkokda rinqə çıxacaq. Onun rəqibi yerli döyüşçü Ferrari Fairtex olacaq. Qarşılaşma "Lumpinee Stadium"da keçiriləcək. Qeyd edək ki, Akif Quluzadə indiyədək ONE FC-də 6 döyüş keçirib. Azərbaycanlı idmançı həmin qarşılaşmaların 5-də qələbə qazanıb, birində isə məğlub olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər