İdman

"Qarabağ"dan ayrılan Dani Bolt Kevin Medina ilə komanda yoldaşı oldu - VİDEO

31 Aug 2026, 15:16 4 baxış
"Qarabağ"dan ayrılan Dani Bolt Kevin Medina ilə komanda yoldaşı oldu - VİDEO
"Qarabağ"ın braziliyalı müdafiəçisi Dani Bolt karyerasını Malayziyada davam etdirəcək. Oxu.Az xəbər verir ki, Ağdam klubundan ayrılan 25 yaşlı futbolçu "Johor-Darul-Tazim"ə keçib. Dani Bolt bununla da "Qarabağ"dakı sabiq komanda yoldaşı Kevin Medinaya qoşulub. Kolumbiyalı müdafiəçi Ağdam təmsilçisindən ayrıldıqdan sonra iyun ayında "Johor Darul Tazim"lə anlaşmışdı. Beləliklə, ötən mövsüm "Qarabağ"ın müdafiəsində çıxış edən iki futbolçu bu dəfə Malayziyanın ən güclü klublarından birində eyni formanı geyinəcək. Qeyd edək ki, Dani Bolt "Qarabağ"da keçirdiyi müddətdə 43 oyunda bir qol vurub. Klub onunla yolların ayrıldığını bu gün rəsmən açıqlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər