Dünya

Türkiyədə aldığı "Mercedes" "məişət texnikası" çıxdı: Gömrükdə inanılmaz fırıldaq

31 Aug 2026, 16:52 4 baxış
Türkiyədə aldığı "Mercedes" "məişət texnikası" çıxdı: Gömrükdə inanılmaz fırıldaq
Türkiyədə tragikomik hadisə yaşanıb. "Mercedes" markalı avtomobilinin cəriməsi olub-olmadığını yoxlamaq məqsədilə e-Dövlət sisteminə daxil olan vətəndaş, maşınının üzərində hüquq məhdudiyyəti olduğunu görəndə böyük şok yaşayıb. Oxu.Az xəbər verir ki, bu barədə "İhlas" xəbər agentliyi məlumat yayıb. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, illərdir vergisi verilən və texniki baxışdan keçirilən bu nəqliyyat vasitəsi, gömrük rüsumundan yayınmaq üçün Türkiyəyə "məişət texnikası" adı altında gətirilib. 2018-ci ildə Trabzon şəhərindən alınan 2006-cı il istehsalı olan "Mercedes" markalı avtomobilin Bakırköy 1-ci Ağır Cinayətlər Məhkəməsində 2010-cu ildən bəri davam edən bir işin olduğunu aşkar edilib. İstintaq zamanı avtomobilin şassi nömrəsində və ya təchizatında hər hansı qeyri-qanuni müdaxilə edilmədiyi, sadəcə gömrük vergisini az ödəmək məqsədilə ölkəyə soyuducu, kondisioner kimi "məişət texnikası" bəyannaməsi ilə idxal edildiyi üzə çıxıb. Hazırda çıxılmaz vəziyyətdə olan avtomobil sahibi maşınını satmaqda da əziyyət çəkir.
Mənbə oxu.az

Oxşar Xəbərlər