Cəmiyyət

Astarada şəhid ailələri üçün mənzillər alınacaq: 4 milyon manata yaxın vəsait xərclənəcək

31 Aug 2026, 17:00 3 baxış
Astarada şəhid ailələri üçün mənzillər alınacaq: 4 milyon manata yaxın vəsait xərclənəcək
"Sosial Xidmətlər Agentliyi" publik hüquqi şəxsi (PHŞ) əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Astara rayonunda mənzillərin satın alınması ilə bağlı açıq tender elan edib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, tender üzrə ehtimal olunan qiymət 3 milyon 825 min manatdır. Satınalma sənədlərinə əsasən, 37 ədəd ikiotaqlı və 37 ədəd birotaqlı olmaqla, ümumilikdə 74 mənzilin alınması nəzərdə tutulur.
Mənbə oxu.az

Oxşar Xəbərlər