Dünya
Şimali Kiprdə gəmi qəzası ilə əlaqədar üçgünlük matəm elan edilib
Şimali Kipr Türk Respublikasının (ŞKTR) hakimiyyət orqanları adanın sahillərində baş verən gəmi qəzası ilə əlaqədar üçgünlük matəm elan ediblər. Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" ŞKTR hakimiyyətinə istinadən məlumat yayıb. Şimali Kipr Prezidenti Tufan Erhürman daha əvvəl bildirib ki, qəza nəticəsində 241 nəfər xilas edilib, 18 nəfərin axtarışları davam edir, səkkiz nəfər isə həlak olub. ŞKTR hakimiyyətinin məlumatına görə, gəminin göyərtəsində 267 nəfər olub. Gəmi avqustun 30-da dənizə çıxdıqdan qısa müddət sonra fırtınaya düşüb, su almağa başlayıb, çevrilib və 514 metr dərinlikdə batıb.
Mənbə
oxu.az