Digər

Türkiyə Şimali Kiprə axtarış-xilasetmə qüvvələri göndərdi

31 Aug 2026, 01:33 5 baxış
Türkiyə Şimali Kiprə axtarış-xilasetmə qüvvələri göndərdi

Şimali Kipr Türk Respublikasında (ŞKTR) baş verən bərə qəzasından sonra bölgədə davam edən axtarış-xilasetmə işlərinə Türkiyə tərəfindən tam dəstək göstərilir. Türkiyədən hadisə yerinə iki helikopter, iki kater və bir dalğıc qrupu, həmçinin ölkənin Hərbi Dəniz Qüvvələri Komandanlığının iki gəmisi cəlb olunub.


Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.


Açıqlamada deyilir:


“Bu gün Şimali Kipr Türk Respublikasının Girnə limanından Mersinin Taşucu limanına getmək üçün yola çıxan sərnişin gəmisinin batması nəticəsində insan tələfatının olması bizi dərindən kədərləndirir. Qəza nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, onların yaxınlarına, xalqımıza və ŞKTR xalqına başsağlığı veririk”.


Qeyd edilib ki, daha çox insan tələfatının qarşısının alınması və itkin düşən şəxslərin tapılması məqsədilə aparılan işlər ŞKTR hakimiyyət orqanları ilə sıx koordinasiya və əməkdaşlıq şəraitində davam etdirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər