İdman
Dzeko başladı, Oğuz Aydın nöqtəni qoydu: "Fənərbağça"dan QƏLƏBƏ - VİDEO
Türkiyə Super Liqasının üçüncü turunda "Fənərbağça" səfərdə "Samsunspor"la qarşılaşıb. Oxu.Az xəbər verir ki, qonaqlar 0:2 hesabı ilə qalib gəliblər. "Fənərbağça"nın qollarını üçüncü dəqiqədə Edin Dzeko və 49-cu dəqiqədə Oğuz Aydın vurublar. Bu qələbədən sonra "Fənərbağça" xallarının sayını altıya yüksəldərək turnir cədvəlində üçüncü pilləyə qalxıb. "Samsunspor" isə dörd xalla doqquzuncu sırada qalıb. Növbəti turda "Fənərbağça" "Trabzonspor"u qəbul edəcək, "Samsunspor" isə "Antalyaspor"la qarşılaşacaq.
Mənbə
oxu.az