Dünya

ABŞ İranın Lark adasını VURDU: Ölənlər var - SEPAH cavab verəcəyini açıqladı

31 Aug 2026, 00:24 4 baxış
ABŞ İranın Lark adasını VURDU: Ölənlər var - SEPAH cavab verəcəyini açıqladı
ABŞ-nin Hörmüz boğazında yerləşən Lark adasına endirdiyi zərbə nəticəsində iki nəfər ölüb. Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. İlkin məlumatlara əsasən, hücum nəticəsində yaralananlar da var. Zərbənin hansı şəraitdə baş verdiyi və yaralıların vəziyyəti dəqiqləşdirilməyib. * Hörmüzdə gərginlik davam edir: İran 30 gəminin keçidinə icazə vermədi İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İranın Lark adasına endirdiyi zərbəyə cavab verəcəyini vəd edib. Bu barədə SEPAH-ın yaydığı bəyanatda bildirilib. "Lark adasına hücum nəticəsində bir sıra döyüşçülərimiz və həmvətənlərimiz həlak olub və yaralanıb. Bu addıma İslam İranının oğulları cavab verəcəklər və təcavüzkar cəzalandırılacaq", - deyə bəyanatda bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər