Dünya

Nepaldakı faciənin dəhşətli mənzərəsi: Yüzlərlə meyitin kimliyini müəyyən etmək olmur - FOTO

30 Aug 2026, 00:12 1 baxış
Nepaldakı faciənin dəhşətli mənzərəsi: Yüzlərlə meyitin kimliyini müəyyən etmək olmur - FOTO
Avqustun 29-da Nepalın Çitvan rayonunun hakimiyyət orqanları dağıdıcı daşqından sonra kimliyi müəyyən edilməmiş 229 meyitin dəfninə başlayıblar. Oxu.Az "NST Online"a istinadən xəbər verir ki, hazırda fəlakət zonasından 233 meyit çıxarılıb, onlardan yalnız dördünün kimliyi müəyyən edilib. Çay sahillərindən çıxarılan və müxtəlif müəssisələrdə saxlanılan meyitlər və insan qalıqları o dərəcədə çürüyüb ki, vizual identifikasiya artıq mümkün deyil. Səhiyyə ekspertləri qalıqların daha çox çürüməsinin və yaranan kəskin qoxunun infeksiyaların və xəstəliklərin yayılması riskini artıra biləcəyi barədə xəbərdarlıq ediblər. Dəfndən əvvəl bütün meyitlərdən DNT nümunələri götürüləcək. Hər bir meyitə polad lövhəyə həkk olunmuş xüsusi identifikasiya nömrəsi verilib. Bu, DNT uyğunluğu təsdiqləndikdən sonra qohumların qalıqları eksqumasiya edə bilməsinə imkan verəcək. Bununla yanaşı, Nepal hökuməti axtarış-xilasetmə işlərinin aparılması üçün qonşu ölkələrdən "konkret və ixtisaslaşmış yardım" istəyib. Hindistandan tunellərdə xilasetmə işləri aparmaq üçün 11 nəfərlik xüsusi texniki kəşfiyyat qrupu göndərilib. Çindən isə tunellərdə xilasetmə qrupunun gəlməsi gözlənilir. Nepalın təbii fəlakətlərlə mübarizə agentliyinin məlumatına görə, ölkədə ölənlərin sayı 669-a çatıb. Çin hakimiyyətinin ciddi nəzarətində olan Tibetdə ölümü təsdiqlənən yeddi nəfər də nəzərə alındıqda, fəlakət nəticəsində ölənlərin ümumi sayı 675-ə çatıb. İtkin düşənlərin sayı isə təxminən üç min nəfərə yüksəlib: Nepalda 2 426, Tibetdə isə 554 nəfər. Alimlərin ilkin araşdırmalarına görə, daşqına, ehtimal ki, 5,2 bal gücündə zəlzələdən sonra qopmuş nəhəng buzlaq parçası səbəb olub. Buzlaq parçası çayın qarşısını müvəqqəti olaraq kəsib.
{{gallery}}
Nepaldakı faciənin dəhşətli mənzərəsi: Yüzlərlə meyitin kimliyini müəyyən etmək olmur - FOTO Nepaldakı faciənin dəhşətli mənzərəsi: Yüzlərlə meyitin kimliyini müəyyən etmək olmur - FOTO Nepaldakı faciənin dəhşətli mənzərəsi: Yüzlərlə meyitin kimliyini müəyyən etmək olmur - FOTO Nepaldakı faciənin dəhşətli mənzərəsi: Yüzlərlə meyitin kimliyini müəyyən etmək olmur - FOTO Nepaldakı faciənin dəhşətli mənzərəsi: Yüzlərlə meyitin kimliyini müəyyən etmək olmur - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər