Dünya

Trampın səfəri zamanı HƏYƏCAN: "F-16"lar beş təyyarənin qarşısını kəsdi

30 Aug 2026, 00:36 4 baxış
Trampın səfəri zamanı HƏYƏCAN: "F-16"lar beş təyyarənin qarşısını kəsdi
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcıları ABŞ Prezidenti Donald Trampın Hyustona səfəri zamanı uçuş məhdudiyyətlərini pozan beş təyyarənin qarşısını kəsib. Oxu.Az xəbər verir ki, bu barədə Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb. "NORAD-ın "F-16" qırıcıları avqustun 28-də Texas ştatının Hyuston şəhəri üzərində ABŞ Federal Aviasiya Administrasiyası tərəfindən tətbiq edilmiş müvəqqəti uçuş məhdudiyyətlərini pozan ümumi aviasiyaya məxsus beş hava gəmisinin qarşısını kəsib. Ümumi aviasiyaya məxsus bütün hava gəmiləri təhlükəsiz şəkildə ərazidən çıxarılıb", - deyə komandanlığın açıqlamasında bildirilib. Tramp avqustun 29-da Hyustondakı Uçuşların İdarə Edilməsi Mərkəzini ziyarət edib. O, burada Beynəlxalq Kosmik Stansiyada olan astronavtlarla əlaqə saxlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər